La Liqada qalmaq uğrunda mübarizə aparan “Valyadolid” klubunun prezidenti braziliyalı Ronaldo son oyunda “Atletiko”nu məğlub edəcəkləri təqdirdə, futbolçularına mükafat verəcək.

Unikal.org xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Braziliyalı funksioner komandasının “Atletiko”nu məğlub edəcəyi halda, hər bir futbolçuya 150 min avro mükafat verəcək.

“Valyadolid” – “Atletiko” matçı bu gün, saat 20:00-da start götürəcək. “Atletiko” bu matçda qələbə qazansa, La Liqada çempion olacaq. “Valyadolid” isə 31 xalla 19-cu sıradadır. Komanda elitada qalmaq üçün qələbə qazanmalı, “Elçe” və “Hueska” isə məğlub olmalıdır.