"Barselona" futbol komandasının hücumçusu Lionel Messi 2020/2021 mövsümündə İspaniya çempionatının ən yaxşı bombardiri olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Messi cari mövsümdə 30 qol vurub. "Barselona"nın hücumçusu 35 matç keçirib. Argentinalı futbolçu ardıcıl beşinci dəfədir Primeranın ən yaxşı bombardiri olub.
Bombardirlər siyahısında ikinci yeri Kərim Benzema ("Real Madrid") və Jerar Moreno ("Vilyarreal") tutur. Hər iki futbolçu 23 qol vurub. Siyahıda üçüncü yerdə "Atletiko"nun hücumçusu Luis Suares (21 qol) qərarlaşıb.
“Selta”nın hücumçusu Yaqo Aspas turnirin ən yaxşı assistenti olub. Onun hesabda 13 məhsuldar ötürmə var. Messi və "Atletiko"nun yarımmüdafiəçisi Markos Lorente 11 məhsuldar ötürmə ediblər.