Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yarış qrupları yarışında Azərbaycan milli komandası ilk medalını qazanıb.

Unikal.org Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadən xəbər verir ki, 12-14 yaşlıların mübarizəsində Məryəm Topçubaşova bürünc medala sahib olub.

O, hakimlərdən 19,000 bal alıb. İlk 2 yeri isə Rusiya təmsilçiləri Yelizaveta Rudneva (19,800 bal) və Leysan Kuperşmit (19,700 bal) tutub.

Qeyd edək ki, sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.