Bu gün Azərbaycan millisi növbəti oyununu keçirib.
Unikal.org xəbər verir ki, yığmamız Türkiyə ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Canni de Byazinin yetirmələri məğlubiyyət seriyasına Alanyada son qoymağa çalışsa da, güclü rəqibi önündə buna nail ola bilməyib. Bu il keçirdiyi bütün matçlarda uduzan millimiz AVRO-2020-nin final mərhələsinə hazırlaşan “ay-ulduzlular”a da yenilib. Komandamız Emin Mahmudovun qolu ilə hesabı açmasına baxmayaraq, üstünlüyünü qoruya bilməyib və meydanı məğlub tərk edib.
Millimiz iyunun 2-də Belarus, 6-da isə Moldova ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız bu il DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya (0:1) və Serbiyaya (1:2), yoxlama oyununda Qətərə (1:2) uduzub.