AFFA əvəzedici komandası Birinci Divizionda oynamayan, qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klublara güzəştə gedib.
Unikal.org xəbər verir ki, bu barədə assosiasiyanın İcraiyyə Komitəsi qərar verib.
2020/21 mövsümü üçün nəzərdə tutulan müvafiq cərimə ləğv edilib. Buna koronavirus pandemiyası səbəb olub.
2021/22 mövsümündə əvəzedici komandasının Birinci Divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150 min manat cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50 min manat ödəniləcək.