Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş Avropa çempionatı üçün yekun heyəti açıqlayıb.
Unikal.org xəbər verir ki, 69 yaşlı mütəxəssis təlim-məşq toplanışına çağırdığı oyunçulardan 4-nü "26-lığ"a daxil etməyib. Avropa çempionatında qapıçı Gökhan Akkan ("Rizespor"), yarımmüdafiəçi Mahmut Tekdemir (“Başakşehir”), hücumçu Efecan Karaca (“Alanyaspor”) və Halil Akbunar (“Göztepe”) aparılmayacaq.
Türkiyə millisinin yekun heyəti:
Qapıçılar: Mert Günok (“Başakşehir”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbağça”)
Müdafiəçilər: Zeki Çelik (“Lill”, Fransa), Mert Müldür (“Sassuolo”, İtaliya), Merih Demiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester”, İngiltərə), Kaan Ayhan ("Sassuolo", İtaliya), Umut Meraş (“Havr”, Fransa), Rıdvan Yılmaz (“Beşiktaş”)
Yarımmüdafiəçilər: Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşiktaş”), Okay Yokuşlu (“Vest Bromviç” İngiltərə), Ozan Tufan ("Fənərbağça), Orkun Kökçü (“Feyenord” Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), İrfan Can Kahveci (“Fənərbağça”), Hakan Çalhanoğlu (“Milan”, İtaliya)
Hücumçular: Cengiz Ünder (“Lester”, İngiltərə), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu ("Qalatasaray"), Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kenan Karaman (“Fortuna”, Almaniya), Halil İbrahim Dervişoğlu (“Qalatasaray”).
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun iyunun 12-də İsveçrə – Uels, iyunun 16-da Türkiyə – Uels və iyunun 20-də Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin iyulun 3-də keçiriləcək 1 oyununa ev sahibliyi etməlidir.