Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə Ümumdünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsinin sədri, həmçinin Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Xavyer Eskalante Bakıda səfərdədir.

Unikal.org xəbər verir ki, WKF rəsmisi 4 iyunda milli hakimlər üçün beynəlxalq seminar keçirəcək.

Tokio Yay Olimpiya Oyunlarının karate yarışlarını idarə etməyə təyin edilən 15 beynəlxalq hakimdən biri Cahangir Babayev isə seminarda X.Eskalanteyə assistentlik edəcək.

Pandemiya şəraitində toplanmaq qaydaları ilə əlaqədar regionlardan olan hakimlər seminara internet yayımı ilə qatıla biləcəklər. Seminar iştirakçılarına beynəlxalq sertifikatlar təqdim ediləcək.