İngiltərə hökuməti koronavirus pandemiyası ilə bağlı Portuqaliyanı “yaşıl ölkələr” siyahısından çıxarıb.

Unikal.org-un məlumatına görə, riski ölkə sayılan Portuqaliyaya səfər artıq məhdudlaşdırılıb.

Bu səbəbdən “Mançester Siti” ilə “Çelsi” arasında mayın 29-da Portoda keçirilən Çempionlar Liqasının final qarşılaşmasına yollanan yüzlərlə fanat vətənə döndükdən sonra karantinə alınıb. Onlar 10 gün müddətinə təcrid vəziyyətində olacaqlar.

Qeyd edək ki, “Draqao” stadionunda baş tutan final görüşündə “Çelsi” 1:0 hesablı qələbə qazanıb.