PSJ "Liverpul"un məşhur futbolçusu Corcinyo Veynaldum uğrunda transfer yarışına qoşulub. 

Unikal.org "ESPN"ə istinadən xəbər verir ki, Ronald Kumanın yerlisini Kataloniya klubuna gətirmək arzusu baş tutmaya bilər. Belə ki, PSJ 30 yaşlı yarımmüdafiəçi üçün masaya elə bir təklif qoyub ki, "Barselona" yarışa bilməz. Ən azı 30 milyon avro dəyəri olan Veynaldumun "qırmızılar"la müqaviləsi iyunun 30-da başa çatır.

Qeyd edək ki, keçən yaydan niderlandlı futbolçunu gətirmək istəyən "Barsa" bu yay transfer hazırlıqlarını davam etdirir. Klub "Siti"dən azad agent olaraq Serxio Aquero və Erik Qarsiyanı transfer edib.