"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.
Unikal.org xəbər verir ki, "Red Bull" pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
Meksikalı sürücü ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub.
Aston Martin"də çıxış edən Sebastyan Fettel ikinci, "Alpha Tauri" komandasından Pyer Qasli üçüncü yeri tutub.
Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 15-ci sıra ilə kifayətlənib.
Yarışın əvvəlində "Alpine"dən Esteban Okon mübarizədən kənarda qalıb. Fransalı sürücünün bolidinin mühərrikində problem aşkarlanıb. Ardınca isə "Aston Martin"dən Lans Strollun avtomobilinin arxa təkəri partlayıb. 49-cu dövrədə lider olan "Red Bull" pilotu Maks Ferstappen qoruyucu səddə çırpılıb və nəticədə onun idarə etdiyi bolidin təkəri partlayıb. Niderlandlının qəzasından sonra isə Qran-pridə uzun fasilə yaşanıb. Daha sonra mübarizə yenidən bərpa edilib. "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 16-cı olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib. Bakı şəhər halqasında "Formula 1" yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çrmpionatının Azərbaycan mərhələsi ləğv edilib.
2016-cı ildə Avropa Qran-Prisi adı altında təşkil olunan ilk yarışın qalibi Niko Rosberq ("Mercedes") olub. Daniel Rikkardo ("Red Bull Racing Honda") 2017-ci, Lüis Hemilton ("Mercedes") 2018-ci, Valtteri Bottas ("Mercedes") isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıb.
***09:28
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.
Unikal.org xəbər verir ki, yarışın sonuncu günündə ilk olaraq "Formula 2" pilotları mübarizə aparacaq.
Ardınca isə əsas mərhələ start götürəcək.Saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.
Azərbaycan Qran-prisi
6 iyun
"Formula-2"
Saat 12:45-13:50 - Əsas yarış
“Formula-1”
Saat 14:10-14:50 – Pilotların təqdimatı
Saat 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat 16:00-18:00. Əsas yarış
Qeyd edək ki, ilk 5 mərhələdən sonra "Red Bull"un sürücüsü Maks Ferstappen 105 xalla birinci, "Mercedes"dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü 56 xalla "McLaren"in pilotu Lando Norris qapayır.
Komanda hesabında da "Red Bull" 149 xalla bütün rəqiblərini qabaqlayıb. "Mercedes" 148 xalla ikinci, "McLaren" 80 xala üçüncü sırada yer alıb.