Polşanın "Legiya" komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqavilə bağlayıb.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçu ilə 3 illik sözləşmə imzalayıb.
Forvard yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.