Azərbaycan qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində final görüşünə çıxıb.

Unikal.org xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.

14:49

xxx

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində mübarizəyə başlayıb.

Unikal.org-un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıllıqla Emiliya Alina Vuk (Rumıniya), Erin Qolston (ABŞ) və Mariya Tiumerekovanı (Rusiya) məğlub edərək finala yüksəlib.

O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnik Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.