“Qəbələ” 9 futbolçusu ilə yollarını ayırıb.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyidir.
Futbolçuların 2020/2021-ci il mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.