Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda, Türkiyə-Uels matçı üçün Azərbaycanın paytaxtına gələn futbol azarkeşləri ilə görüşüb.
Unikal.org Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə azarkeşləri Ərdoğanın qaldığı hotelin qarşısında toplaşaraq “Türkiyə!” şüarları səsləndirib və qardaş ölkənin bayrağını açıb.