Futbol üzrə Avropa çempionatında ilk 1/8 finalçı müəyyənləşib.
Unikal.org xəbər verir ki, A qrupunun II turunda Romada İsveçrə yığmasına 3:0 hesabı ilə qalib gələn İtaliya millisi pley-offa vəsiqəni təmin edib.
"Olimpiko" staionunda keçirilən görüşdə ilk iki qolu Manuel Lokatelli vurub. Əvvəlcə 26-cı dəqiqədə fərqlənən "Sassuolo"nun 23 yaşlı yarımmüdafiəçisi 52-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib. Matçda son nöqtəni isə 89-cu dəqiqədə Çiro İmmobile qoyub.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran Roberto Mançininin baş məqçi olduğu kollektiv qrupdakı son oyunun nəticəsindən asılı olmayaraq, növbəti raunda adlayıb.
Qeyd edək ki, A qrupunun digər matçında Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uels yığmasına 0:2 hesabı ilə uduzub.