Azərbaycanın yunan-Roma güləşçisi Kənan Abdullazadə Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Unikal.org-un məlumatına görə, 65 kq-dakı idmançı estoniyalı Artur Jeremeyevlə qüvvəsini sınayıb. 7:1 hesablı qələbə qazanan Abdullazadə Avropa 3-cüsü olu

***16:45

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı sona yaxınlaşır. Altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.

Unikal.org  Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, mübarizəyə 1/4 finaldan qoşulan Rahim Həsənov çexiyalı idmançıya vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Pərviz Dadaşov 1/8 finalda yerli idmançıya uduzub.

Fərid Xəlilov təsnifat mərhələsində gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Xəlilov Moldova təmsilçisinə də eyni aqibəti yaşadıb. Ermənistan güləşçisini də xalçaya çıxmağa peşman edən Fərid adını yarımfinala yazdırıb.

Ruslan Nurullayev debütdə alman həmkarına elə ilk hissədə tam üstünlüklə qalib gəlib. Nurullayev Serbiya güləşçisini də xalçadan erkən məyus yola salıb. Ruslan Gürcüstan pəhləvanının da öhdəsindən gəlməklə yarımfinala vəsiqə qazanıb.

Cavidan Nuri startda macar rəqibini yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda belaruslu güləşçiyə məğlub olub.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.