İyunun 21-də Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin blits turniri start götürüb.
Unikal.org xəbər verir ki, şahmatçımız bu gün 9 turda mübarizə aparır. T.Rəcəbov ilk üç turda - Alireza Firuzca (FIDE), Uesli So (ABŞ), Yan Nepomnyaşı (Rusiya) ilə qarşılaşmalarda məğlub olub. Dördüncü turda Fabiano Karuanaya (ABŞ) qalib gələn təmsilçimiz sonrakı turlarda Riçard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) ilə heç-heçə edib, Peter Svidlerə (Rusiya), Levon Aronyana (Ermənistan) uduzub. Şahmatçımız günün son qarşılaşmasında Vladimir Kramnik (Rusiya) üzərində qələbə qazanıb.
Qeyd edək ki, iyunun 18-20-də “Grand Chess Tour”un ikinci mərhələsinin rapid yarışları keçirilib. Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.