Türkiyənin "Qalatasaray" klubu futbolçusu Arda Turanla müqavilənin müddətini uzadacaq.
Unikal.org "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı yarımmüdafiəçi ilə anlaşıb.
"Sarı-qırmızılar" təcrübəli oyunçuya 1+1 illik sözləşmə təklif edib. Müqavilənin tezliklə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turan 2020-ci ilin yayında İstanbul təmsilçisinə qayıdıb. O, karyerası ərzində İspaniyanın "Atletiko" (Madrid) və "Barselona" kimi klubların formasını geyinib.