Dördqat Olimpiya çempionu olan məşhur tennisçi Serena Uilyams Tokio Olimpiya Oyunlarında iştirak etməyəcək.
Unikal.org xəbər verir ki, bu barədə NBC telekanalının jurnalisti Nik Zakkardi “Twitter”də paylaşım edib.
S. Uilyams Tokio Olimpiya Oyunlarından iştirak etməmək barədə qərar verməsi ilə bağlı bir çox səbəblərin olduğunu, ancaq indi ətraflı danışmaq istəmədiyini bildirib. Tennisçi başqa vaxt bu səbəbləri açıqlayacağını istisna etməyib.
Qeyd edək ki, Tokio Olimpiya Oyunları bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.