Futbol üzrə Avropa çempionatında qarşılaşma başa çatıb.
Unikal.org xəbər verir ki, Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Belçika yığması, 1/4 finalda İtaliyaya rəqib oldu.
***00:05
Futbol üzrə Avropa çempionatı davam edir.
Unikal.org xəbər verir ki, bu gün 1/8 final mərhələsi çərçivəsində daha iki matç baş tutacaq.
Öncə Macarıstanın paytaxtı Budapeştdə Niderland və Çexiya qarşılaşıb. Oyunun qırılma nöqtəsi Matteys de Liqtin topu əllə saxladığına görə qırmızı vərəqə alması olub. Azlıqda qalan "narıncılar" 2 cavabsız top buraxaraq uduzub. Çexiya 1/4 finalda Bakı Olimpiya Stadionunda Danimarkayla üz-üzə gələcək.
Günün digər matçı isə Sevilyada Belçika və Portuqaliya yığmaları arasında keçiriləcək.
Xatırladaq ki, daha öncə Danimarka və İtaliya yığmaları 1/4 finala vəsiqə qazanıb.
AVRO-2020
1/8 final
27 iyun
20:00 Niderland – Çexiya 0:2
Qollar: Tomaş Holeş, 68; Patrik Şik, 80
Qırmızı vərəqə: Mateys de Liqt, 65
Baş hakim: Sergey Karasyov (Rusiya).
Budapeşt. "Puşkaş Arena”.
Niderland: 1. Martin Stekelenburq, 3. Matteys De Liqt, 6. Stefan de Vrey, 8. Jorjinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 15. Marten de Ron, 17. Deyli Blind, 18. Donyell Malen, 21. Frenki de Yonq, 22. Denzel Dyumfris.
Çexiya: 1. Tomaş Vatslik, 2. Pavel Kaderabek, 3. Andrey Çelustka, 5. Vladimir Tsoufal, 6. Tomaş Kalas, 7. Antonin Barak, 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 13. Petr Şevçik, 15. Tomaş Souçek (k).
23:00 Belçika – Portuqaliya 1:0
Qol: Torqan Hazar, 42
Baş hakim: Feliks Brıx (Almaniya).
Sevilya. "La Kartuxa” stadionu.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 3. Tomas Vermalen, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bröyne, 8. Yuri Tilemans, 9. Romelu Lukaku, 10. Eden Hazar (k), 15. Tomas Mönye, 16. Torqan Hazar.
Portuqaliya: 1. Rui Patrisiu, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerreyru, 7. Kriştianu Ronaldu (k), 8. Joao Moutinyu, 10. Bernardu Silva, 16. Renato Sançes, 20. Dioqo Dalot, 21. Dioqo Jota, 26. Joao Palinya.