Matç bitdi. İspaniya 1/4 finala adlayıb.
Unikal.org xəbər verir ki, onun rəqibi Fransa - İsveçrə görüşündə bəlli olacaq.
***22:16
Avropa çempionatı davam edir.
Unikal.org xəbər verir ki, bu gün AVRO-2020-nin 1/8 final mərhələsində daha iki görüş reallaşacaq.
Öncə Kopenhagendə (Danimarka) Xorvatiya və İspaniya milliləri qarşılaşacaq.
Günün digər matçı isə Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq. Bu oyunda Fransa və İsveçrə yığmaları münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, daha öncə İtaliya, Danimarka, Çexiya və Belçika 1/4 finala yüksəlib. Danimarka və Çexiya milliləri iyulun 3-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.
AVRO-2020
1/8 final
28 iyun
20:00. Xorvatiya – İspaniya 3:5
Qollar: Pedri, 20-öz qapısına; Mislav Orşiç, 85; Mario Paşaliç, 90+3 - Pablo Sarabia, 38; Sesar Aspilikueta, 57; Ferran Torres, 77; Alvaro Morata, 100; Mikel Oyarzabal, 103
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Kopenhagen. "Parken” stadionu.
Xorvatiya: 1. Dominik Livakoviç, 5. Duye Çaleta-Çar, 8. Mateo Kovaçiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 17. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Yosip Yuranoviç, 25. Yoşko Qvardiol.
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 12. Erik Qarsiya, 14. Xose Qaya, 22. Pablo Sarabiya, 24. Aymerik Laporte, 26. Pedri.
23:00. Fransa – İsveçrə
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Buxarest. Milli stadion.