Barselona"nın preizdenti Joan Laporta klubla müqaviləsi iyunun 30-da başa çatan Lionel Messi ilə yeni sözləşmə imzalayıb-imzalamayacaqları haqda danışıb.

Unikal.org xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib:
"Messinin klubda qaldığını söyləməyi çox istəyərdim. Hər şey lazım olduğu kimi gedir və hər kəsə uyğun bir həll tapmağa çalışırıq. Ancaq hər şey ədalətli olmalıdır. Qaldığını elan etmək istərdim, amma hələ edə bilmərəm. İşimizə davam edirik".
Qeyd edək ki, Messi hazırda azad agent statusu daşıyır.

Xatırladaq ki, Messi 2003-cü ildən "Barselona"da oynayır. O, ötən mövsüm La Liqada meydana çıxdığı 35 matçda 30 qol vurub, 11 qolun ötürməsini verib.