Bakının “Keşlə” klubunun  kamerunlu futbolçusu azərbaycanlı xanımla ailə həyatı qurub.

Unikal.org  xəbər verir ki, futbolçu Anatole Abanq  Adelia Hacıyeva adlı xanımla evlənib.

Onların toy mərasimi Bakıda baş tutub. Toydan görüntülr sosial şəbəkədə paylaşılıb. 

Qeyd edək ki, kamerunlu futbolçu 2021-ci ilin yanvar ayının 1-dən Azərbycan klubunda forma geyinir. Dünyaca məşhur "transfermarkt" saytının bildirdiyinə görə,  Abanqın Bakıya gəlişi 500 min avroya (1 milyon AZN) başa gəlib.