Türkiyənin "Fənərbağça" komandasının yeni baş məşqçisi açıqlanıb.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Vitor Pereyraya tapşırılıb.
53 yaşlı portuqaliyalı mütəxəssislə imzalanacaq müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Vitor Pereyra 2015/2016 mövsümündə də "Fənərbağça"da işləyib. O, son olaraq 2018 - 2020-ci illərdə Çinin "Şanxay Port" klubunda çalışıb.