AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Çexiya – Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Unikal.org xəbər verir ki, Danimarka yığmasının yarımmüdafiəçisi Tomas Dileyni bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu Bakıda keçirilən bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. Danimarka millisinin ilk qolunu da məhz Dileyni vurub.
Qeyd edək ki, Danimarka yığması Çexiya ilə oyundan 2:1 hesabıyla qalib ayrılıb və yarımfinala yüksəlib.
Tomas Dileyni Almaniyanın “Borussiya” (Dortmund) klubunun formasını geyinir