AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik təyinat alıb.
Unikal.org-un məlumatına görə, qurum rəsmisi UEFA Çempionlar Liqasının matçında iş başında olacaq.
Avstriyalı Azərbaycan millisinin futbolçusu Mahir Emrelinn şərəfini qoruduğu “Legiya”nın (Polşa) “Bodo Qlimt”lə (Norveç) oyununun hakim-inspektoru olacaq. I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək görüş iyulun 14-də baş tutacaq. Matç Varşavada keçiriləcək.