İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Mateus Fernandes La Liqa təmsilçisini məhkəməyə vermək qərarına gəlib.

Unikal.org-un məlumatına görə, buna səbəb müqaviləyə birtərəfli qaydada xitam verilməsidir.
Lionel Messi üçün sərfəli şərtlərə nail olmaq məqsədilə maaş cədvəlini kiçiltməyə çalışan “Barselona” Mateusu da bu üzdən göndərib. Anlaşması 2024-cü ilin yayına qədər olan braziliyalı həmin dövrədək ödənilməli vəsaiti tələb edir.

Qeyd edək ki, 2019-cu ildə “Botofoqo”dan “Barselona”ya keçən Fernandes ötən il “Valyadolid”də icarəyə verilib.