Super Liqanın yeni komandası olan “Adana Demirspor”un yeni razılaşdığı italiyalı hücumçu Mario Balotellinin sabah Türkiyəyə gələcəyi bildirilib.

Unikal.org xəbər verir ki, ulduz futbolçu şəhərə gələndən sonra 3 illik müqavilə imzalayacaq. Klubun  prezidenti Murat Sancak Mario Balotellinin maaşının bir hissəsinin sponsorlar tərəfindən qarşılanacağını bildirib. 

Qeyd edək ki, keçən günlərdə transferlə bağlı açıqlamalar verən futbol klubunun prezidenti əvvəlcə italiyalı hücumçudan imtina etdiklərini, daha sonra Balotellinin Adana Demirspor'a gəlmək istədiyini deyib.