"Qalatasaray"la müqaviləsi başa çatan Arda Turan klubla yeni müqavilə bağlayıb.

Unikal.org xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 1 illikdir. Onun əvvəlki müqaviləsi ötən ayın sonunda bitmişdi.
 
Qeyd edək ki, Arda 2020-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Bu klubun yetirməsi olan futbolçu 2005-2011-ci illər aralığında da komandada oynayıb.