İngiltərənin baş naziri Boris Conson AÇ-2020-nin yarımfinalında Danimarka yığmasını məğlub edərək, finala çıxan İngiltərə milli komandasını təbrik edib.

Unikal.org xəbər verir ki, baş nazir, bununla bağlı “tvitter” hesabında paylaşım edib:

“İngiltərə millisi ürəkaçan oynadı. Baş məşqçi Qaret Sautqeyt və komandası inanılmaz performans sərgilədi. İndi finaldayıq. Gəlin, kuboku evə gətirək”.

İngiltərə yığması finalda İtaliya ilə qarşılaşacaq. Matç iyulun 11-də, Londonda keçiriləcək