WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə superağır çəkidə iyulun 24-də Tayson Fyuri ilə Deontey Uaylder arasında keçirilməli olduğu 3-cü döyüş təxirə salınıb
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb dünya çempionu Tayson Fyurinin koronavirusa yoluxmasıdır.
Qarşılaşma oktyabrın 9-da olacaq. Fyuri ilə yanaşı, bir neçə məşqçinin də analiz nəticələri müsbət çıxıb. Onların hamısı karantinə alınıblar.