Türkiyənin Sivas ərazisində bir müddətdir itkin düşən Həsən Əli adlı şəxsin parçalanmış cəsədi aşkar edilib.
Unikal.org xəbər verir ki, meşəyə odun yığmaq üçün evdən ayrılan yaşlı şəxslə daha sonra əlaqə saxlamaq mümkün olmayıb. Bundan narahat olan kişinin qardaşları jandarmaya xəbər verərək, birlikdə axtarışa çıxıblar.
Günlərdir davam edən axtarış kişinin parçalanmış cəsədinin tapılması ilə yekunlaşıb. İlkin ehtimallara görə, Həsən Əli ayının hücumuna məruz qalıb. Şəxsin parçalanmış cəsədi toplanaraq tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.