Texniki araşdırmalar qrupu Amerika Kubokunun iki ən yaxşı futbolçusunun adını açıqlayıb.
Unikal.org xəbər verir ki, Argentina millisinin hücumçusu Lionel Messi və Braziliya yığmasının forvardı Neymar turnirin ən yaxşıları olub.
KOMNEBOL-dan bir yox, iki futbolçunun ən yaxşı nominasiyasında qalib sayılmasını belə şərh ediblər: "Bu turnirdə ən yaxşı iki futbolçu varsa, birini seçmək düzgün olmazdı".
Neymar Amerika Kubokunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıbsa, 4 dəfə rəqib qapılarına yol tapan Messi 5 qola assistentlik edib.