Amerika kubokunun qalibi müəyyənləşib.

Unikal.org xəbər verir ki, final oyununda turnirin ev sahibi Braziliya və Argentina yığmaları qarşılaşıb. Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 22-ci dəqiqədə Anxel di Mariya vurub.

Bununla da Argentina 28 ildən sonra yenidən turnirin kubokunu qazanıb. Bu, yığmanın tarixində 15-ci Amerika kuboku olub.