Qarışıq döyüş növü üzrə amerikalı idmançı (MMA) Dastin Porye “UFC 264” turnirinin əsas görüşündə irlandiyalı Konor Makqreqoru ilə üz-üzə gəlib.

Unikal.org xəbər verir ki, görüş yarımçıq dayandırılıb. Buna səbəb isə ilk raundun sonunda irlandıyalı döyüşçünün ayağı sınması olub. Konor mübarizəni davam etdirə bilməyib, qələbə Poryeyə verilib. Bu qələbədən sonra Dastin Porye braziliyalı Çarles Oliveiranın sahibi olduğu çempionluq kəmərinə iddiaçı olub.