İspaniyanın "Real" klubunun futbolçusu Rafael Varan karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, "Mançester Yunayted" 28 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. "Qırmızı şeytanlar" müdafiəçi üçün qarşı tərəfə ilk təklifi də göndərib. Premyer Liqa təmsilçisinin Varan üçün "kral klubu"na 45 milyon avro təklif etdiyi bildirilir, lakin "Real" təcrübəli futbolçu üçün 50 milyon avro tələb edir.
Madrid klubu ilə müqaviləsi növbəti mövsümün sonunda bitəcək Varan da "Mançester Yunayted"in təklifinə müsbət yanaşır. Tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur.