Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, Tural adlı şəxs idarə etdiyi "VAZ-2109" markalı avtomobillə Şabran şəhər sakini, 1999-cu il təvəllüdlü Gündüz Heydər oğlu Ziyadovu vurub.

G.Ziyadov onu vuran sürücü tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(report.az)