Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Unikal.org xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" da cavab matçına çıxıb. Polşa təmsilçisi Norveçin "Budyo Qlimt" klubunu qəbul edib. Oyun "Legiya"nın qələbəsi ilə başa çatıb - 2:0. Mahir Emreli ilk qolun ötürməsini verib.
"Legiya" bu qələbə ilə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Norveçdə keçirilən ilk oyun "Legiya"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə yeni klubunda rəsmi debüt edən Mahir Emreli 2 qol vurub.