Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün son yoxlama oyununu keçirib.
Unikal.org xəbər verir ki, rəqib Almaniya "Auqsburq"u olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Bütün qollar ilk yarıda vurulub. "Qarabağ" Patrik Andrade və Xayme Romeronin qolları ilə önə çıxsa da, hesabı qoruya bilməyib.