Rusiya Daxili İşlər Nazirliyinin Stavropol Yol Polis şöbəsinin direktoru Aleksey Safanov və onun əmri ilə işləyən 35-dən çox yol polisi zabiti nəzarətə alınıb.
Unikal.org xəbər verir ki, axtarış-əməliyyat zamanı direktor Safanovun evindən çıxanlar isə hər kəsi heyrətə salıb. Belə ki, rüşvət ittihamı ilə nəzarətdə olan Safanovun evinin içərisi qızıl işləmələrlə tamamilə örtülüb. Saraya bənzəyən evin hamam-tualet hissəi belə qızılla işlənilib.
Bir çox lüks avtomobillərə sahib olan polisin mafiya təşkilatları ilə əlaqəsi olduğu müəyyən olunub. Hazırda saxlanılan direktor və 35 polisin araşdırması davam etdirilir.