Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançısından 16-sı çıxışlarını başa vurub.

Unikal.org xəbər verir ki, iyulun 24-dən mübarizəyə qoşulan 19 idmançımızdan 16-sı medal qazanmadan Olimpiada ilə vidalaşıb. Onlar hansı idmançılardır:

Cüdo: Aişə Qurbanlı (-48 kq), Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq)

Güllə atıcılığı: Emin Cəfərov

Boks: Tayfur Əliyev (-57 kq), Lorenso Sotomayor (-69 kq)

Qılıncoynatma: Anna Başta

Şose velosipedi: Elçin Əsədov

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadəngah

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Taekvando: Fəridə Əzizova (-67 kq), Milad Beiqi Hərçəqani (-80 kq)

Triatlon: Rostivlav Pevstsov

Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Cavid Çələbiyev (-63 kq) və Məhəmməd Abdullayev (+91 kq.) 1/16 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər. Güllə atıcısı Ruslan Lunyov isə 10 metr məsafəyə atəşdə uğursuz çıxış edib. Amma onun avqustun 1-də 25 metr məsafə yarışında medal qazanmaq şansı var.

Qeyd edək ki, sabah mübarizəyə cüdoçu Murad Fətiyev (-81 kq) və badmintonçu Eydi Reski Dvikahyo qoşulacaq.