"Allah məni o gündən saxlasın ki, birmənalı qarşılanım. Əgər səni belə qarşılayırlarsa, demək tükənmisən. Bu gün müzakirə edilmirəmsə, sabah yaradıcılığım müzakirə edilməyəcəksə, onda niyə yazım? Hərdən deyirlər, niyə yeni mahnı yazmırsınız? Öz yaradıcılığım özümə rəqibdir. Həm şairlik edirəm, həm musiqilərim, geyim tərzim... Bu gün bir mahnım çıxırsa, sabah digər hərəkətim onu üstələyir".
Unikal.org xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Söhbət musiqidən gedir" proqramında deyib. Aparıcı Leyla Quliyevanın suallarını cavablandıran müğənni tənqidlərə cavab verib.
"Şükürlər olsun ki, yazdığımı, oxuduğumu, geyindiyimi gözəl bilirəm. Şeirimdə deyirəm, altına girdiyim mənim ədəbimdir. Siz öz ədəbinizi də mənə göstərirsiz. Yaradıcılığımla bəzilərinin ədəbini açıram" deyə, sənətçi bildirib.
Müğənni oğlu Ələkbərin ona qoyduğu qadağalardan danışıb:
"Deyir, şeir yaz, amma çıxarıb oxuma. Niyə oxumayım? Yaradıcılığım Ələkbər dünyaya gəlməzdən əvvəl var idi. Yaradıcılığım balalarımdan əzizdir. Balalarıma deyirəm ki, əgər mənə görə əzab çəkirsinizsə, oturanda yanınızdakılar deyirsə, Elzanın yaradıcılığında, başında bu var, çətinlik çəkirsiz. Çətinlik çəkirsinizsə, məndən imtina edin. Deyin, Elzanı tanımırıq".