Almaniya millisinin üzvü Maks Kruze maraqlı addımla gündəmə gəlib.

Unikal.org xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Olimpiya Oyunlarında Səudiyyə Ərəbistanı ilə keçirilən matçdan (3:2) sonra verdiyi açıqlama zamanı sevgilisi Dilara Mardineyə evlənmə təklif edib. Dilaranın Kruzeyə cavabı “hə” olub.

Kruze Almaniya yığmasının Olimpiya Oyunları üçün heyətində yer alır.

Almaniya millisi Tokio-2020-də Braziliya, Fil Dişi Sahili və Səudiyyə Ərəbistanı ilə birgə D qrupunda yer alır.