Məşhur amerikalı aparıcı Genevieve Qorder mart ayında "Pfizer/BioNTech" vaksini vurdurub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra aparıcı "Delta" ştamına yoluxub. 42 yaşlı Qorder gecələr səhhətinin daha da pisləşdiyini deyib.
"Çox öskürürəm. Əgər vaksin vurdurmasaydım indi xəstəxanaya yerləşdirilmişdim. 5 gündür xəstəyəm. Yataqdan qalxa bilmirəm. Ətrafımdakılardan daha çox diqqətli idim. Amma vaksin vurdurduğum halda necə yoluxdum bilmirəm", - deyə aparıcı bildirib.
O qeyd edib ki, "Delta" ştamını yüngün keçirməsinə vaksin kömək olub.