Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 137 yoluxma halı qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 230 min 476 -ya çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 2 ölüm halı qeydə alınıb. Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 min 621 nəfərdir.