Türkiyənin Antalya şəhərində 5 gündür itkin düşən jurnalistika fakültəsinin tələbəsi Azra Gülendam Haytaoğlunun parçalanmış cəsədi tapılıb.
Unikal.org xəbər verir ki, 26 yaşlı Azranın 5 parçaya ayrılmış cəsədi meşəlik ərazidə tapılıb. Belə ki, Azranın ölümünə səbəb kirayə qaldığı evin sahibi olub. Bildirilir ki, gənc qız itkin düşməmişdən bir neçə gün öncə koronavirus testi verib. Test nəticəsinin pozitiv çıxmasından sonra gənc qız ailəsi tərəfindən qınanılıb. Azrada buna görə sağalana kimi, kirayədə qalacağını və evə qayıtmayacağını bildirib. Daha sonra ailəsi onunla əlaqə saxlaya bilməyib.
Polisə müraciət edən ailə Azranın axtarışlarına başlayıb.Polis qızın getdiyi yerlərin kamera görüntülərini əldə edib. Aparılan araşdırma da məlum olub ki, gənc qız əmlakçı tərəfindən vəhşicəsinə öldürülüb.
Belə ki, Azra kirayə tutduğu evin sahibi tərəfindən gecə saatlarında təcavüzə məruz qalıb. Gənc qız ondan qaçıb gizlənməyə çalışsa da, buna nail ola bilməyib. M.M adlı şəxs onu hamamda vəhşicəsinə öldürüb. O, cinayətin izini itirmək üçün gənc qızın cəsədini parçalara ayıraraq, çamadana yığıb.
Sonra isə həmin çamadanları meşəlik ərazidə gizlədib. Qısa zamanda cinayətin üstü açılıb. 26 yaşlı Azranın cəsədi tibbi ekspertizaya göndərilib. Məlum olub ki, gənc ölməmişdən əvvəl təcavüzə məruz qalıb. Daha sonra isə vəhşicəsinə qətlə yetirilib.
30-40 yaşlarında olan əmlak sahibi M.M isə polis tərəfindən saxlanılıb. Onun barəsində qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Azra Gülendam Haytaoğlu Akdeniz Universitetində Jurnalistika fakültəsinin tələbəsi imiş.