Türkiyənin Antalya vilayətinin Manavgat rayonunda yeni yanğın ocaqlarının meydana çıxması insanların səbrini tükəndirib.
Unikal.org xəbər verir ki, sadə insanlar yanğınların qəsdən törədildiyi iddialarından şübhələnərək meşə massivlərində silahla keşik çəkirlər.
Xatırladaq ki, Türkiyədə baş verən meşə yanğınları zamanı həlak olanların sayı səkkizə çatıb.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ölkə ərazisində iyulun 28-dən bu günədək meydana gələn 125 yanğın hadisəsindən 117-sinin tamamilə söndürüldüyünü və ya nəzarət altına alındığını qeyd edib.