Ermənistanda koronavirusun Hindistan ştammına (Delta) yoluxma qeydə alınıb.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, COVID-19 nümunələrinin molekulyar genetik-tədqiqatı aparılıb.

"Sınaqlar zamanı 30 nümunədən 4-də Britaniya ştammı, 25 -də isə “Delta” ştammı aşkar edilib", - açqlamada deyilir.

Xatırladaq ki, avqustun 2 -nə olan məlumata görə, Ermənistanda koronavirus infeksiyasına yoluxanların sayı 230 476 nəfər təşkil edir, 4621 nəfər isə ölüb.