Çinin Hinan əyalətində leysan yağışlar nəticəsində yaranan daşqınlar nəticəsində həyatını itirənlərin sayı 302 -ə yüksəlib.
Unikal.org xəbər verir ki, bu barədə Hinan əyalətinin hökumət rəsmiləri açıqlama verib.
Belə ki, açıqlamada, əyalətdə daşqınlar nəticəsində ölənlərin ümumi sayının 99-dan 302-ə yüksəldiyi və sellərdə itkin düşən 50 adamın da axtarıldığı qeyd olunub.
Qeyd edək ki, iyulun 17-dən etibarən Hinanda müəyyən fasilələrlə təsirli olan leysan yağış, 20 iyulda daşqınlara səbəb olub.