Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın yeni, 8-ci çağırış parlamentinin ilk iclasında maraqlı hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, Parlamentin yeni rəhbərliyi formalaşana qədər onun iclasına ən yaşlı deputat olan Ermənistan Kürd icmasının parlamentdəki təmsilçisi Knyaz Həsənov sədrlik edib. Parlamentin iclasına bütün ermənilərin katalikosu II Qaregin və prezident Armen Sarkisyan da qatılıb. Həsənov prezidentə və katolikosa təşəkkür edərək onlarla sağollaşarkən II Qaregin saymamazlıq göstərib. Millət vəkilinin əli havada qalıb, katolikos onunla əl sıxmadan parlament zalını tərk edib.
Erməni media bunu katalikosun Nikol Paşinyanın yenidən baş nazir seçilməsinə etiraz addımı kimi qəbul edib.